[Bənd 1]
Badamlı nə sərin, Badamlı nə şirin
Badamlı - adı var, Badamlı -dadı var
Dərdlərin dərmanı, belə su, de, hanı?
Axtar, dolan bu dünyanı, hey
Badamlı - qazı var, onun da bazı var
Sezonu yaz olur, heyif ki, az olur
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı
[Nəqərat]
Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın
İç onu, ürəyin qoy sərin olsun
İç onu, ürəyin qoy sərin olsun
[Bənd 2]
Badamlı lal axır, Badamlı qol axır
Bulaqdan su çıxır, deyirsən, bal axır
Dərdlərin dərmanı, belə su, de, hanı?
Axtar, dolan bu dünyanı, hey
Badamlı məzəli, süfrələr gözəli
Şüşəsi, qədəhi əlbəəl gəzəli
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı
[Nəqərat]
Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın
İç onu, ürəyin qoy sərin olsun
İç onu, ürəyin qoy sərin olsun
[Bənd 3]
Badamlı nə sərin, Badamlı nə şirin
Badamlı - adı var, Badamlı -dadı var
Dərdlərin dərmanı, belə su, de, hanı?
Axtar, dolan bu dünyanı
[Nəqərat]
Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın
İç onu, ürəyin qoy sərin olsun
İç onu, ürəyin qoy sərin olsun
İç onu, ürəyin qoy sərin olsun
İç onu, ürəyin qoy sərin olsun
[Çıxış]
Badamlı, Badamlı, Badamlı, hey