Qəlbim bir dənizdir, nəğməsi sənsən
Gülüm, bu dənizin sahillərisən
Baxışın dənizi ləpələndirir
Hər vaxt sahilinə sığallar çəkir
Yaxın gəl, nəğməmi, nəğməmi dinlə doyunca
Sevgimiz dolaşsın, dolaşsın sahil boyunca
Yaxın gəl, yaxın gəl, nəğməmi dinlə doyunca

Gülüşün şəlalə, axsa dənizə
Göylər də sevinər bu sevgimizə
Gülüşün şəlalə, axsa dənizə
Göylər də sevinər bu sevgimizə
Sən getsən, ləpələr artar, böyüyər
Yaxınlaşsan, sular geri çəkilər
Durular qarşıda, alar əksini
Sular çoşub basar bağrına səni