Yenə sənsiz bu axşam
Yuxum qaçmış gözümdən.
Səni deyib durmuşam,
Xəbərim yox özümdən.
Nəqərat:
Hardasan, sevgilim?
Gəl, gəl, gəl, gəl,
Gözləyirəm yolunu…
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl,
Gözləyirəm yolunu
............
Bənd] 2
Gecə yumur gözünü,
Gəl, gözümün işığı!..
Tez ol, yetir özünü,
Qəlbimin yaraşığı
..
Hardasan, sevgilim?
Gəl, gəl, gəl, gəl,
Gözləyirəm yolunu…
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl,
Gözləyirəm yolunu
.....
Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.