Hər dəfə yollarına baxan,
Rəsmini ovcunda sıxan,
Gecələri sənçün darıxan —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
Göz yaşı hər gün süzülən,
Qəlbinə dərd, qəm düzülən,
Sənə görə darıxıb üzülən —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
Səni o mən idim qoruyan,
Hər gün axtarıb arayan,
Saçlarını hər gün darayan —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
Ay mənim ağlımda qalan,
Sənə sevgim deyil yalan,
Hər dərdinə məlhəm olan —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
İnandım hər sözlərinə,
Düşdüm sənin izlərinə,
Aşiq olan gözlərinə —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
Səni elə sevmişdim mən,
Yad ilə evləndin sən,
Həmin o toya qonaq gələn —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.
Canımdan da çox istəyən,
Göz yaşını təmizləyən,
Səni uşaq tək əzizləyən —
Yar o mən idim, o mən idim,
Yar o mən idim, o mən idim.