Çox düşünsəm də, anlamadım
Nə idi yersiz yalan?
Mən ki qəlbinlə oynamadım
Kim olub sənə tələ quran?
Kim nə söylərsə, dinləmədim
Vermədim ehtimal
Qaçmadım, heç nə gizləmədim
Yalan məhəbbətinlə qal
Gözümə baxıb, məni aldadıb
Heç utanmadın yalanına
Bu da son sözüm
Belə sevginin romanına
Bu son qərarım, səni istəmirəm
Getməlisən, ya da getməlisən
Bir ömür gözümdən itməlisən
Ürəyin qalıb, götür, apar
Qorxma, apar, geri baxma, apar
Sonuncu günündür, daha bitməlisən
Getmədən bunu da bilməlisən
Ürəyin qalıb, götür, apar
Kim nə söylərsə, dinləmədim
Vermədim ehtimal
Qaçmadım, heç nə gizləmədim
Yalan məhəbbətinlə qal
Gözümə baxıb, məni aldadıb
Heç utanmadın yalanına
Bu da son sözüm
Belə sevginin romanına
Bu son qərarım, səni istəmirəm
Getməlisən, ya da getməlisən
Bir ömür gözümdən itməlisən
Ürəyin qalıb, götür, apar
Qorxma, apar, geri baxma, apar
Sonuncu günündür, daha bitməlisən
Getmədən bunu da bilməlisən
Ürəyin qalıb, götür, apar
Bu son qərarım, səni istəmirəm
Getməlisən, ya da getməlisən
Bir ömür gözümdən itməlisən
Ürəyin qalıb, götür, apar
Qorxma, apar, geri baxma, apar
Sonuncu günündür, daha bitməlisən
Getmədən bunu da bilməlisən
Ürəyin qalıb, götür, apar