Qorxuram, sevgi yanımdan keçsin,
Mən onu görmədən,
Qorxum gör nədən.
Qorxuram, yarım başqasın seçsin,
Yanım sönmədən,
Qorxum gör nədən.
Onsuz yox sabahım,
O mənim qolum-qanadım,
Nifrətdən sevgiyə atılan addım.
Həyatımın odur dadı,
Onsuz günüm qaradır,
Bu qəlbə tək odur təcili yardım.
Sevgi gülün dərdim, sevgim olub dərdim,
Sevgilim qədrimi bilmədi.
Ömür bir səfərdir, tənhalıq qəhərdir,
Başqa sevgi bilə bilmədim.
Sevgi gülün dərdim, sevgim olub dərdim,
Sevgilim qədrimi bilmədi.
Ömür bir səfərdir, tənhalıq qəhərdir,
Başqa sevgi bilə bilmədim.
Qorxuram, günəş doğmamış itsin,
Çıxmadan kölgədən,
Qorxum gör nədən.
Qorxuram, ömrüm bir anda bitsin, geri dönmədən,
Qorxum gör nədə.
Onsuz yox sabahım,
O mənim qolum-qanadım,
Nifrətdən sevgiyə atılan addım.
Həyatımın odur dadı,
Onsuz günüm qaradır,
Bu qəlbə tək odur təcili yardım.
Sevgi gülün dərdim, sevgim olub dərdim,
Sevgilim qədrimi bilmədi.
Ömür bir səfərdir, tənhalıq qəhərdir,
Başqa sevgi bilə bilmədim.
Sevgi gülün dərdim, sevgim olub dərdim,
Sevgilim qədrimi bilmədi.
Ömür bir səfərdir, tənhalıq qəhərdir,
Başqa sevgi bilə bilmədim.