• 8
  • 0
  • 0
  • 0
  • 0
Admin опубликованный 3 лет тому назад в Другой, в альбоме: Nəzrin

Music & Lyrics : Nazryn (Nəzrin Vəlizadə)

Dəyərli dinləyicilər! Sizlərə sevgi trilogiyasının ikinci hissəsi olan “İlluziya” adlı yeni əsərimi təqdim edirəm. Trilogiyanın ilk hissəsi olan “Sənlə olmaz ki” mahnısı hər kəsin qəlbində mümkünsüz sevgilərini oyatdı. Yalnız yaşanmış hekayələrdən şedevrlər yaradılır. Bu hekayənin sonu nədir? “Olmaz ki, biz ikimiz...” sözlərindən sonra baş verən son görüşdə nələrdən danışılır? “Kim var bizdən başqa buralarda? Bəlkə də bu bizim son anımız, son şansımız...” deyilir. Bəlkə də yaşananlar sadəcə illuziyadır?
İlk öncə təşəkkür edirəm dinləyicilərimə! Əziyyətimi, musiqimi dəyərləndirdiyiniz üçün minnətdaram! Çoxsaylı ismarıclar, real hadisələr, paylaşılan hekayələriniz əsasında həyatlarımızı musiqiyə çevirdik! Çox sağ olun hər bir xoş və nəcib davranışınız üçün! Və məni ilk sözümdən anlayan komandama təşəkkür edirəm! Sizi sevirik, siz bizim musiqimizi sevdiyiniz qədər!

NAZRYN on social platforms:

#Illuziya #Nazryn #fidanaliva

Скачать
Больше

:: / ::