Ölümlə həyat arasında bir addım var
Cəmi bir addım var
Azadlıqla qul olmaq arasında bir addım var
Siz yazmadız
Azadlıqla qul olmaq arasında bir addım var
Azadlıq yaratdılar, sonunda dağıtdılar
Nə mənim qanadım var qandalları qırım, uçum
Təhlükə anında bir addım geriyə və hücum
Bu sətirlər vücudum, həm yol, həm uçurum
Bu sətirlər yaşayır bağlansa da əlim, qolum
Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi
Bu sətirlər fəryad qoparanların həyacan zəngi
Başlıqsız sətirlərim, mənim obrazım çətin
Yazılarımda tapılır izi qanlı cinayətin
Həyatım kinayəsiz, insanlar aləmində
Varlıların cənnəti, kasıbların cəhənnəmində
Hərənin öz ölümü var, hər ömrün qəbahətləri
Elə günahlar var sonsuz, yoxdu nəhayətləri
Müxtəlif insanlar, müxtəlif düşüncələrlə
Elə dözülməz yaralar var ağır dərəcələrlə
Elə günlər yaşadım mən ki nələr görmüşəm mən
Elə darvazalar var ki, arxasında çürümüşəm mən
Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar
Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar
Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət
İndi məhəbbət də xəyanət nədənsə olub adət
Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var
Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Elə rejim gördüm, despotizm, diktatura
Elə həyat yaşayırıq, başdan ayağa karikatura
Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar
Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar
Elə şərait var, adlanır müharibə şəraiti
Amma əsgər hər ay itir və çoxalır fərarili
Elə evlər var yetimxana, divarlarında həsrət
Elə qızıl imarətlər var, hasarlarında nəhlət
Bazarlarında millət, rüşvət qanuna salınıb
Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb
Elə vətənim var, müğənnilər əsgərdən çoxdu
Barları və gecə klubları səngərdən çoxdu
Elə günlər olub, biraz çörək tapmaq qəliz olub
Mülki də olmasa da, hərbidə yüz faiz olub
Bu hələ başlanğıc, açılmayan sirlər var
Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
(Mən sizdən fərqliyəm, siz ölürsüz, amma əbədi yaşayıram)
(Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
(Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
Okaber • İkinci Səhifə mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan Okaber • İkinci Səhifə mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir. Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir. Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk. İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
Musiqi, çalğı siyahıları və hesabınıza giriş əldə edin
Bu treki silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu postu silmək istədiyinizə əminsiniz?
Bu treki dinləməyə davam etmək üçün mahnını satın almalısınız.
Bu trekdə 18 yaşdan kiçik tamaşaçılar üçün yaş məhdudiyyəti var!!!, Yaşınızı təsdiqləmək üçün hesab yaradın və ya daxil olun.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryQəbzi yükləyin
Bilet almaq istədiyinizə əminsiniz?