• 19
  • 0
  • 0
  • 0
  • 0
Admin опубликованный 3 лет тому назад в Другой, в альбоме: Elçin Cəfərov

Elçin Cəfərovun "Aysel" mahnısı artıq onlayndır.

Musiqi: Elçin Cəfərov
Söz: Ceyhun Osmanlı
Aranjiman: Eşqin Ağayev
Klarnet: Orxan Musayev
Saç, qrim: Babək
Fotoqraf: Fərzi İsayev

Sözlər:

Tələsmirdim yarımı seçməyə,
Əslində qorxurdum səhv etməyə,
Bilirdim gərək yoxdur tələsməyə.
Gizli bir səs deyirdi ki, var Aysel,
Bilirdim ki, gələcəksən, Aysel.

Dünyaya bir dəfə gəlirsə, insan,
Gərək arzusunu tapsın həyatdan,
Mən də arzuladım elə həmin an,
Anladım, arzumun adıdır Aysel,
Bilirdim ki, gələcəksən, Aysel.

Aysel, Aysel,
Bilirdim, gələcəksən Aysel,
Aysel, Aysel,
Ömrümə xoş gəlmisən, Aysel.

Xəyal kimi gəldin, gerçək oldun,
Ümid kimi qəlbimə dayaq oldun.
Arzu kimi gəldin, əsl yar oldun,
Məni tamamlayan sən oldun, Aysel,
Bilirdim ki, gələcəksən Aysel.

İllərin dostusan, sən mənim üçün,
Qayğıkeş anasan, övladlar üçün.
İlham mənbəyisən, qohum, dost üçün,
Bu gün də, sabah da deyirik, Aysel
Biz səni sevirik, Aysel.

#ElçinCəfərov #Aysel #mikpro

Скачать
Больше

:: / ::