[Giriş]
Alma atdım, nar gəldi
O yandan kölgə düşdü
Alma atdım, nar gəldi
O yandan kölgə düşdü
[Bənd 1]
İnanma, səndən ayrı qalam
Sən varsansa, yar, mən də varam
Olsaydı deməyə bircə məqam
Getdin, yar, ahu-zar gəldi
[Keçid]
Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
[Nəqərat]
Gəl, gəl, maralım, ceyranım, gəl
Gəl, gözümün nuru, sevdalım, gəl
Ay aman, gəl, gəl, maralım, ceyranım, gəl
Gəl, baharım-yazım, heyranam, gəl
[Bənd 2]
Gözləyirəm yarın gəlməyini
Gəlib bu halımı görməyini
Hər aşiqin var bir gözlədiyi
Fərq etməz, qış, ya bahar gəldi
[Keçid]
Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
Alma atdım, nar gəldi
Köynək aldım, dar gəldi
O yandan kölgə düşdü
Elə bildim, yar gəldi
[Nəqərat]
Gəl, gəl, maralım, ceyranım, gəl
Gəl, gözümün nuru, sevdalım, gəl
Ay aman, gəl, gəl, maralım, ceyranım, gəl
Gəl, baharım-yazım, heyranam, gəl