Anamdan bir yaylıq aldım
Heç bilmirəm, harada saldım
Səndədirsə, ver yaylığı
Yaylıq salar ayrılığı, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Yaylıq salar ayrılığı, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Yaylığını tanı, ay qız
Məndə yaylıq hanı, ay qız?
Kim dedi, yaylıq məndədir?
Bəlkə, qalıb, çəməndədir
Ay gözəl, gəl axtaraq yaylığını
Bəlkə, qalıb, çəməndədir
Ay gözəl, gəl axtaraq yaylığını
Ay kələkbaz oğlan, oğlan
İnciyərəm səndən, inan
Gəlməsə yaylıq qarşıma
Xəbər verrəm qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Xəbər verrəm qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Qurban olum göz-qaşına
Gedib demə qardaşına
Sevgilindən gəl incimə
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al, al yaylığı
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al yaylığı
Al, sevgilim, al, al yaylığı