• 20
  • 0
  • 0
  • 0
  • 0
Admin опубликованный 3 лет тому назад в Другой

Mahnı sözləri:

Gülüm gəl öpüm gül üzündən sənin
Bəxtin gözəl olsun özündən sənin
Atdığın hər addım uğur gətirsin
Gəncliyin görünüb gözündən sənin

Səndə gülki üzündə güllər görüm
Mənə həvəs verən mənim ilham pərim
Sən mənə güc ver yaşamaq eşqidi
Məndə hər addımda uğur göstərim

Sən mənim səadət payımsan quzum
Sən mənim günəşim ayım ulduzum
Sən mənim silinməz alın yazımsan
Sən mənim canımsan canımsan qızım

Sən mənim halıma yanansan anam
Nə yaxşı sən mənim anamsan anam
Sən mənə canından can verən qadın
Sən mənim canımsan canımsan anam

Gözünə sevinc göz yaşı dolsun balam
Qoy adın hər yerdə ucalsın balam
Kədər ayağının tozu olsun sənin
Sevincin başında tac olsun balam

Sən bilirsən həyatda hər gərəyimi
Varlığında sevindirən ürəyimi
Yalvarıram dəymə anama ilahi
Qoru mənim gözə görsənən mələyimi



#SamireYusifqizi #Farida #AnamQizim #tmmuzik #YeniMahnilar #AzeriMusic

Скачать
Больше

:: / ::