Bulaq üstə gedən gözəl, gedən gözəl
Məni heyran edən gözəl, edən gözəl
Bulaq üstə gedən gözəl, gedən gözəl
Məni heyran edən gözəl, edən gözəl
Bulaq suyu sərindir, özün sərin olma barı
Bulaq suyu sərindir, özün sərin olma barı
Sərin olsan, sönər, gedər eşqin alovları
Sərin olsan, sönər, gedər eşqin alovları
Mən necə dözüm? Soyuqdur sözün
İncitmə məni sən, ay gözəl
Qaradır gözün, bilirsən özün
Sevirəm səni mən, ay gözəl
Sevgim sənin, qəlbim sənin, can sənindir
Eşqin ilə yanan könül məskənindir
Sevgim sənin, qəlbim sənin, can sənindir
Eşqin ilə yanan könül məskənindir
Bu atəşə su səpmə, gözəl, hər yan yansın, yansın
Bu atəşə su səpmə, gözəl, hər yan yansın, yansın
İki qəlbdə bir sevginin odu alovlansın
İki qəlbdə bir sevginin odu alovlansın
Mən necə dözüm? Soyuqdur sözün
İncitmə məni sən, ay gözəl
Qaradır gözün, bilirsən özün
Sevirəm səni mən, ay gözəl
Qışda çıxan Günəş kimi parlaqsan sən
Amma əsər yoxdur səndə hərarətdən
Qışda çıxan Günəş kimi parlaqsan sən
Amma əsər yoxdur səndə hərarətdən
Soyuq olma bu qədər, bulaq üstə gedən gözəl
Soyuq olma bu qədər, bulaq üstə gedən gözəl
Məni heyran edən gözəl, heyran edən gözəl