Getməyin mənimçün hələ sirri kimi
Qayıtsan, gəl məndən mərhəmət istə
Məhkəmə gözləyən müqəssir kimi
Ümidim köklənib bəlkələr üstə
Ümidim köklənib bəlkələr üstə
Sevgim sökülməmiş meh damı idi
Məhəbbət önündə kiçikdim bir az
Ürəyim təyyarə meydanı kimi
Bağlıydı, açmağa gecikdim bir az
Gecikdim, gecikdim, tələsən sən oldun ancaq
Gecikdim, gecikdim, tələsən sən oldun, sən
Tələsən sən oldun, sən
Hələ deyilməmiş neçə söz kimi
Ağlamaq istəyən bir cüt göz kimi
Qəlbimin odunu soyudacaqsan
Nə vaxtsa yanıma qayıdacaqsan