(Bənd)
Rəhm elə dön sənsizlikdən sıxılmayım,
Toparlanım saçların kimi dağılmayım.
Səni tanıyanadək illərlə, düşünürdüm,
Görən harasından tutum eşqin yıxılmayım?!
Bu adam səhv edər özünü evə bağlayaraq,
Sənə görə ağaran saçlarını saxlayar ağ
Buna bütün ürəyimlə inanıram, günün biri,
Zəng eləyib gəl deyəcəksən, ağlayaraq.
(Nəqarət)
Elə səndə də az yoxdur,
Bilə-bilə dərdim çoxdur,
Vurdun elə yara ürəyimə
Sevməkdən gözüm qorxdu.
Dərdimin adı sənsizlik,
Həyatımda düzənsizlik,
Gələn yalan gedən daha betər,
Məni yordu güvənsizlik.
(Bənd)
Haçansa yaranar qayıtmağa cəsarətin,
Qorxuram o gün unudulmuş olar məhəbbətin.
Bu ürəyi çıxarıb ataram mən sinəmdən,
Yaşayarsa sənə biganəlik xəcalətin.
Gözümün içində xoşbəxtlik görünürdü,
Bəxtim axır güldüm deyərək öyünürdü,
Mənə hər kəsin etdiyini necə, etdin axı,
Səni bu adam hamıdan fərqli, düşünürdü.
(Nəqarət)
Elə səndə də az yoxdur,
Bilə-bilə dərdim çoxdur,
Vurdun elə yara ürəyimə
Sevməkdən gözüm qorxdu.
Dərdimin adı sənsizlik,
Həyatımda düzənsizlik,
Gələn yalan gedən daha betər,
Məni yordu güvənsizlik