• 23
  • 0
  • 0
  • 0
  • 0
Admin опубликованный 3 лет тому назад в Другой, в альбоме: Kenani

Kənani - Azəri torpağındadı


Azəri torpağındadı (Sözləri)

Şirin mehriban ünsiyyət
Azəri torpağındadı
Ruha qida şeir sənət
Azəri torpağındadı

İgidləri ürəklidi
Cəsurdu şir biləklidi
Süfrəsi duz çörəkıidi
Halal ruzi bol-bərəkət
Azəri torpağındadı

Ruha qida şeir sənət
Azəri torpağındadı

Burdadı ömrün baharı
Könül sevər dostu-yarı
Neynirəm qürbət diyarı
Doğma el oba məmləkət
Azəri torpağındadı

Ruha qida şeir sənət
Azəri torpağındadı

Hamı biri birinin tənidir
Alicənab mədənidir
Ziyalılar məskənidir
Elm sevgisi mərifət
Azəri torpağındadı

Ruha qida şeir sənət
Azəri torpağındadı

Böyük-kiçik yerini bilən
Dostla son tikəsini bölən
Söhbət açan deyən gülən
Qonağla xoş münasibət
Azəri torpağındadı

Şirin mehriban ünsiyyət
Azəri torpağındadı
Ruha qida şeir sənət
Azəri torpağındadı

#Kenani #AzeriTorpagindadi #Kenani2022

Скачать
Больше

:: / ::