Bu dağda maral gəzər
Telini darar, gəzər
Bu dağda maral gəzər
Telini darar, gəzər
Mən yarıma neylədim, ay gülüm?
Yar məndən kanar gəzər
Mən yarıma neylədim, ay balam?
Yar məndən kanar gəzər
Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur, ver, içək, ay Güləbatın, hey
Əzizim, od yandırmaz
Yar, səni od yandırmaz
Əzizim, od yandırmaz
Yar, səni od yandırmaz
Elə ki, sən yandırdın, ay gülüm
Heç vədə od yandırmaz
Elə ki, sən yandırdın, ay gözəl
Heç vədə od yandırmaz
Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur, ver, içək, ay Güləbatın, hey
Əzizim, gözlərinə
Sürmə çək gözlərinə
Əzizim, gözlərinə
Sürmə çək gözlərinə
Özüm özünə qurban, ay gözəl
Gözlərim gözlərinə
Özüm özünə qurban, ay gözəl
Gözlərim gözlərinə
Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur, ver, içək, ay Güləbatın, hey
Paprozun yana-yana
Od düşdü şirin cana
Paprozun yana-yana
Od düşdü şirin cana
Qorxuram, qoyub gedəm, ay ceyran
Qalasan yana-yana
Qorxuram, qoyub gedəm, ay ceyran
Qalasan yana-yana
Dağlarda çiçək, ay Güləbatın
Hamıdan göyçək, ay Güləbatın
Doldur, ver, içək, ay Güləbatın, can