Ey vətən, ey ana, müqəddəs diyar
Sənsiz ötən ömrü puç sanıram mən
Qolum gücdən düşsə, qəlbim taqətdən
Sənsiz daşından da güc alıram mən
Ey vətən, ey ana, müqəddəs diyar
Sənsiz ötən ömrü puç sanıram mən
Qolum gücdən düşsə, qəlbim taqətdən
Sənsiz daşından da güc alıram mən
Dünyada mərd dostun əvəzimi var?
İnsan etibarla yaşar o zaman
Zamanın çox çətin sirləri var
Sirri aça-aça ucalıram mən
Haradayam, yaşıl bir yarpaq görsəm
Harada tək-tənha bir ocaq görsəm
Harada körpəsiz bir bucaq görsəm
Orada yurd salıb kök salaram mən
Haradayam, yaşıl bir yarpaq görsəm
Harada tək-tənha bir ocaq görsəm
Harada körpəsiz bir bucaq görsəm
Orada yurd salıb kök salaram mən
Çoxları ilqarı, əhdi unutdu
Təmiz dost qardaşdır, alovdur, oddur
Qəlbimə dostumun qəlbi qonubdur
Namərdə baş əysəm, alçalaram mən
Çoxları ilqarı, əhdi unutdu
Təmiz dost qardaşdır, alovdur, oddur
Qəlbimə dostumun qəlbi qonubdur
Namərdə baş əysəm, alçalaram mən
Uçub nəğmələrim buluda qədər
Dostu sevindirər, düşməni əyər
İşdir, bu dünyada qocalsam əgər
Oğul evləndirib qocalaram mən
Haradayam, yaşıl bir yarpaq görsəm
Harada tək-tənha bir ocaq görsəm
Harada körpəsiz bir bucaq görsəm
Orada yurd salıb kök salaram mən
Haradayam, yaşıl bir yarpaq görsəm
Harada tək-tənha bir ocaq görsəm
Harada körpəsiz bir bucaq görsəm
Orada yurd salıb kök salaram mən
Uçub nəğmələrim buluda qədər
Dostu sevindirər, düşməni əyər
İşdir, bu dünyada qocalsam əgər
Oğul evləndirib qocalaram mən
Oğul evləndirib qocalaram mən
Oğul evləndirib qocalaram mən