Bənd 1] Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar Bir gün qabaq yox idin, bu gün isə həyatın var Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma bir azdan bitəcək səslər Küsmə taleyindən o heç nəyi etmir qəsdən Azalacaq səslər, azalacaq səslər Valideyn sayı azaldıqca azalacaq səslər, hey
[Nəqərat] Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
[Bənd 2] Valideyn davaları dəriyə hopmuş yaralar kimidir Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində Kimsə nazir ailəsində, var-dövlət, mülk içində Kimsə son anda abort etməyən tək anayla Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək Çətin idi özgələrdən qayğı tələb etmək Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey
[Nəqərat] Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
Niyə çıxdıq yola biz? Dəli olub bu dəniz Bir adadır sevgimiz Hər yanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri Dizimi qucaqlayıb dinlədim o səsləri Yastıqlar gizlədəndə o səsləri Qalanı xatirədir İçimdən səs gəlir
Qeydiyyatı olmadan Orkhan Zeynalli ft. Çinarə Məlikzadə — Böyük Ümidlər Xatirədir: mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir.
Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir.
Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk.
İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
In order to confirm the bank transfer, you will need to upload a receipt or take a screenshot of your transfer within 1 day from your payment date. If a bank transfer is made but no receipt is uploaded within this period, your order will be cancelled. We will verify and confirm your receipt within 3 working days from the date you upload it.