Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm
Gedin, yarıma deyin
Həsrətindən xəstəyəm
Gedin, yarıma deyin
Həsrətindən xəstəyəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Gülür yer, gülür səma
Şadlıq edir el-oba
Gülür yer, gülür səma
Şadlıq edir el-oba
Könlüm, könlüm gəldi ilhama
Belə günlər çox gərək
Ay mübarək, mübarək, mübarək
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm