Kimsə dinləyəndə deyəcək ki, "fake guitar"
Mənim üçün isə əsas odur ki, bu musiqidə ruh var
Çoxdandır, yazmıram qələmlə vərəqdə
Amma bu, o demək deyil ki, azalıb səbəblər
Dostlarım uzaqlarda - Ankara, Oslo, Milan
Bakının küləkli havası bezdirir yaman
Qırıq mənalarla toplayıram sətirlər
Amma ki, bütün fikirlərim dağılır bir ətirlə
O sənin əlindən əlimə keçən iy
Səninlə əl-ələ gəzərdim çox küçəni
Amma ki Bakı küləyi dağıdır saçını
Səni qorumaqdır ömürlük seçimim
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki nəfəsin dəyir üzümə
Sənə Günəş dedim, parıldadın ömrümdə
Amma bir neçə il əvvəl, yadımdadır
Ömrümdə yatsaydım, bəlkə də, yuxumda da görməzdim
Yox, elə ancaq yuxularda görərdim mən bizi
Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi
Dodaqlar toxunardı, yuxudan oyanardım
Kimsə deyib - bir yerdə olmaq soyudur sevgini
İstəyərdim, o adam dinləsin mənim nəbzimi
Duyanda səsini, tutanda əlini
Sığallayıb qucaqlayanda incə belini
Qoxulamaq telini - dünyanın ən zövqlü işi
Sanki bütün problemlər sənsizlikdə ilişib
Düzəlir hər bir işim, varsansa yanımda
Yaşamı bağlamışam tək sənin varlığına
Mübahisələr, davalar, qısa müddətli ayrılıqlar
Qalır arxada... Günəşim, pıçılda
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Demədiyim şeylər var sözlərlə
Sən tut əlimdən, bax gözümə
Cümlələr olur dar, sözlər də
Elə ki, nəfəsin dəyir üzümə
Written by: Pərviz Isaqov