Aman aman taksi,
Yandım aman taksi.
Yenə tıxacdır şəhər,
Yar gözləyir xəbər.
Etibarım gedər,
Yoxdur zaman taksi.
2
Mən elə bir şairəm əsərim tək əsər olmaz,
Mən elə bir bağbanam bəhərim tək bəhər olmaz.
Şairə hörmət olar,
Söz deyər diqqət olar.
Şan olar şöhrət olar
Şairlər bəxtəvər olmaz
3
Neynim həyatım dərtdir qəmdir buda bir aləmdir,
Bu aləmdə dərd məlhəmdir, hər anı qəmdir.
Avarəyəm biçarəyəm divanəyəm mən,
Hər gecə bir meyxanədə məstanəyəm mən
Eşit məni gözəlim ,
Öz başımdır öz əlim.
Qız deyiləm bəzənim,
Qap qarayəm,
Avarəyəm , biçarəyəm
4
Pozdular eşqin dadın da tamını da,
Sədaqət istər o hər maqəmında.
Çətindi şair bu olmur hamında,
Tənha qoyurlar yolun davamında
Tükəndi eşqlər boşaldı səhralar,
Sevməyə - sevməyə atıldı imzalar.
O qədər diri- diri gömüldü sevdalar,
Doğru zamanın yanlış adamında.
5
Vay vay vay vay,
Günlər oldu ay.
Gör fələk nə sayır,
Sən saydığını say .
Bu dünya boşdu ,
Nəyim var almışdı.
Bir ümid qalmışdı,
Onu da verdim pay,
Vay vay vay vay.
6
Bu dünyaya gələn bir gün qaçar gedər,
Can bədəndən quş misali uçar gedər.
Gedənlər dərin yaralar açar gedər.
7
Sən danışmadan gedərsən,
Sən barışmadan gedərsən.
Bir çarəsi varıydı əlbət,
Sən soruşmadan gedərsən