İnsanoğlu eşqi adi
Bir həvəslə səhv salıb
Bizim sevgi nağıllar
Tək dildən-dilə
Səs salıb
Bilirdin ki, qəbulumdur
Xasiyyətin, hər halın
Başqasının olsan belə
Məni unutma səncanın
Darıxma, əgər darıxsan
Mənə bir zəng elə
Sənə danışım
Səndən sonra nə
Haldadır sevdiyin
Səni sevəndə
Mənə lağ edib
Sevdamıza hər gülən
İndi gəlib məndən
Soruşur, haradadır
Sevdiyin?
Dərdimə sən güləndə
Dərd gəlir
Dərdin üstünə
Xatirələri qaytar
Geri qoyub
Qəlbim üstünə
Artıq sənə şeir də
Yaza bilmirəm
Bilirsən, niyə?
Çünki sən bizi
Tərk elədin, onlar
Mənə küsdülər
Səndən sonra
Kimsə sən olmadı
Bu yerin dolmadı
Unutmağa çalışsam
Belə, ümid çiçəyi solmadı
Varlığım darlıq
Edir sənin üçün
Gec anladım
Və anladım ki, məndə
Dözüm, səndə
Ürək qalmadı
Unut ki, yaşanacaq
Nə qaldı sabaha?
Bu sevginin qatarı
Getdi, gülüm, getdi daha
Unut ki, yaşanacaq
Nə qaldı sabaha?
Bu sevginin
Qatarı getdi
Gülüm, getdi daha
Gəl, otur, danış
Dərdini, düzünü
De, kim üzdü səni?
Gülüşünə həsrət
Qalıb evdəki güzgülərim
Bu cavan yaşda
Hətta var üzündə
Cizgilərin
Gecələr ulduzlar
Gül səmanı çizdi sənin
Çox dedik bacararıq
Biz, gəlmədik öhdəsindən
Məni gəl yuxuya
Apar, layla de öz səsinlə
Gecənin bir yarısı
Ayılım o röyadan
Nolar, canım səni
O anda istəsin, gəl
Mənə daha sual
Vermə, soruşma
Demə ki, kimləsən?
Səndən sonra
Neylədim, yaxşıdır
Məncə, bilməsən
Nə vaxtsa qarşılaşsaq
O zaman üzümə baxma
Boş ver, keç
Yanımdan, çalış ki
Məni də görmə sən
Eybi yox, razıyam
Mən, tutaq ki
Bütün səhv mənim
Məndən uzaq durma
Soyuyur sənsiz əllərim
Sevginin sərxoşuyam
Sənsiz baş gicəllənir
Təki sən səslə məni
Haradasan, yanına
Mən gəlim
Unut ki, yaşanacaq
Nə qaldı sabaha?
Bu sevginin qatarı
Getdi, gülüm
Getdi daha
Unut ki, yaşanacaq
Nə qaldı sabaha?
Bu sevginin qatarı
Getdi, gülüm
Getdi daha