Demədi demə, küçələr bomboş
Yandıracaq tənhalıq səni
Demədi demə, ömrümüzə
Leysandan sonra səhralıq gəlir
Demədi demə, hər yatan adam
Hər batan adam bataqlığa girir
Demədi demə, məzluma qan udduran
Gecə iblisin yatağına girir
Demədi demə
Mən beyinləri yuyuram çirkabdan, açılır çakra
Kommunistlər Lenin olacaq başımıza
Feministlər Kleopatra
Demədi demə
Zəhrimara qarışan ömrümüz dadır bal kimi
Kaş bir abbasını tələb etməyə
Cəsarətimiz olardı hambal kimi!
Demədi demə, Don Karabin qayıdıb
Güllələyin tez, həbs lazım deyil
O bizə tərs, lazım deyil, necə ki
Oxumağa səs lazım deyil
Borc və günahdan başqa heçnəyimiz yox ki
(Demədi demə)
Qorx ki, az olanımız gözə girər, görsənər çox kimi
Demədi demə, sənin sarı saçlarına
Qurban olsun bütün vətən xainləri
Mən özüm kəsəcəm başlarını
Oxuyacam bildiyim ayinləri!
(Sarı gəlin)
Demədi demə
Hər şey əlində, bu qədər yaran dərində
Hər şey əlində, bu qədər yaran dərində
Hər şey əlində, bu qədər yaran dərində
Hər şey əlində, bu qədər yaran dərində
Demədi demə, demədi demə
Demədi demə, demədi demə
Demədi demə, demədi demə
Demədi demə, demədi demə