Üzmə məni ürəyim,
Axı sənə var gərəkim.
Sənsən arzu diləyim,
Sənsən arzu diləyim.
Sənsiz nəfəs almaq
Ölümdür ay canım,
Sənnən ayrı qalmaq
Zülümdür ay canım.
Duman mənim, çən mənim,
Yarıma əhsən mənim.
Gəl sevək, hamı bilsin
Mən səninəm, sən mənim.
Duman mənim, çən mənim,
Yarıma əhsən mənim.
Gəl sevək, hamı bilsin
Mən səninəm, sən mənim.
Dərdimə dərmansan,
Sən canımda cansan.
Üzümü güldürənsən,
Sevdiyim insansan.
Mənə bir ömür yarsan,
Yaxşı ki sən varsan.
Dayanar mənim ürəyim,
Canım sən olmasan.
Duman mənim, çən mənim,
Yarıma əhsən mənim.
Gəl sevək, hamı bilsin
Mən səninəm, sən mənim.