Sözlər:
[Bənd 1]
Mən ki doymamışdım heç vüsalından
Mənə zülm eylədi yaman ayrılıq
Nə olardı, bir gün durub yuxudan
Görəydim ki, olub yaman ayrılıq
[Keçid]
Mən görəndə orada yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq?
[Nəqərat]
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
[Bənd 2]
Biz ki bir ruh idik iki bədəndə
O gülüb sevinsə, gülərdim mən də
Vüsalın bülbülü uçub gedəndə
Daş kimi qəlbimdə qalan ayrılıq
[Keçid]
Mən görəndə orada yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq
[Nəqərat]
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
[Bənd 3]
Kim qıydı dostların bahar evinə?
Mehriban sözünə, şirin dilinə?
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq
[Keçid]
Mən görəndə orada yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq?
[Nəqərat]
Ayrılıq, ayrılıq
Mənə zülm eylədi
Ayrılıq, ayrılıq
Yaman ayrılıq
Mənə zülm eylədi
Yaman ayrılıq
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
Ayrılıq, ayrılıq, yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq