[Bənd 1]
Çox yalvardım, dilə tutdum
Mənə nədən gülüb getdi?
Ürəyimi nişan verdim
Ürəyimi alıb getdi
Ürəyimi nişan verdim
Ürəyimi alıb getdi
[Nəqərat]
Gərək, qalıb dost olaydıq
Evimizdə yurd salaydıq
Məhəbbətdən kam alaydıq
O, bir nəğmə olub getdi
Gərək, qalıb dost olaydıq
Evimizdə yurd salaydıq
Məhəbbətdən kam alaydıq
O, bir nəğmə olub getdi
Gərək, qalıb dost olaydıq
O, bir nəğmə olub getdi
Gərək, qalıb dost olaydıq
O, bir nəğmə olub getdi
Ürəyimi alıb getdi
[Bənd 2]
Dedim, səni harada tapım?
Lələyini salıb getdi
O, qızılquş, mən göyərçin
Qanadını çalıb getdi
O, qızılquş, mən göyərçin
Qanadını çalıb getdi
[Nəqərat]
Çox gözlədim, alovlandım
Yanaqlarım solub getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Çox gözlədim, alovlandım
Yanaqlarım solub getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürəyimi alıb getdi
Çox gözlədim, alovlandım
Yanaqlarım solub getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürək, onu sən gözləmə
Arzu kimi gəlib-getdi
Ürəyimi alıb getdi
Arzu kimi gəlib-getdi
Arzu kimi gəlib-getdi