Həyatdı yaşadır hamını bir cür,
Məni bu həsrət,qəm kədər üzür,
Ürəyim dağılır,məcburən dözür,
Nə ağlamağ,nədə gülmək olmuyur.
Sevgi eşq məhəbbət hamısı boşdu,
Neçəsi bu eşqə nəğmələr qoşdu,
Bir günü kədərli,bir günü xoşdu,
Fələyin məqsədin bilmək olmuyur.
Nəqarət:
Gəzirəm yenə çölləri yalqız
Ətrafım bom boş,əllərim bum buz
Gözlərin gecə,ətrafı ulduz
Düşünürəm mən düşünürəm mən
Zülmətim dolu mənə çırağsan
Yaxın olduğna indi qırağsan
Bilmirəm nədən məndən uzağsan
Düşünürəm mən düşünürəm mən
Gözümün önündə var bir intizar,
Gəl sən bu yerdə də xatirə axtar,
Xatirələr içində neçə xoş an var,
Nə saxlamağ,nədə silmək olmuyur..
Çoxusu öz kamını əlbət almıyıb,
Ötən günlərinə nəzər salmıyıb,
Bu həyata zərrə həvəs qalmıyıb,
Nə yaşamağ,nədə ölmək olmuyur..
Nəqarət:
Gəzirəm yenə çölləri yalqız
Ətrafım bom boş,əllərim bum buz
Gözlərin gecə,ətrafı ulduz
Düşünürəm mən düşünürəm mən
Zülmətim dolu mənə çırağsan
Yaxın olduğna indi qırağsan
Bilmirəm nədən məndən uzağsan
Düşünürəm mən düşünürəm mən