Bir günahkar kimi, bir müqəssir kimi
Mən daha susmuşam, boynumu əymişəm
Bilmədən, bilmədən, heç özüm bilmədən
Qəlbini qırmışam, xətrinə dəymişəm
Gəl bağışla məni, gəl barış
Qəlbim eyləyir yalvarış
Zəng vur, öz səsinlə danış
Gəl olaq yenidən tanış
Döndü bir günüm bir ilə
Döndü göz yaşlarım selə
Axı niyə edirsən belə?
Zəng elə mənə, zəng elə
Döndü bir günüm bir ilə
Döndü göz yaşlarım selə
Axı niyə edirsən belə?
Zəng elə, yarım, zəng elə
Bir zaman, bir zaman gizlicə-gizlicə
Bir olardıq səhər, zəngləşərdik gecə
İndi də, sevgilim, ayrılıq dərdinə
Mən dözə bilmirəm, bilmirəm. Sən necə?
Gəl bağışla məni, gəl barış
Qəlbim eyləyir yalvarış
Zəng vur, öz səsinlə danış
Gəl olaq yenidən tanış
Döndü bir günüm bir ilə
Döndü göz yaşlarım selə
Axı niyə edirsən belə?
Zəng elə mənə, zəng elə
Döndü bir günüm bir ilə
Döndü göz yaşlarım selə
Axı niyə edirsən belə?
Zəng, zəng, zəng elə
Written by: Oqtay Kamil, Tunar Zeynalov