Sözlər :
Ya Allah, ya Allah tut əlimdən əlim boşdur.
Dünyada tənhayam, ürəyim bir sənə xoşdur.
Rəhm eylə, əfv eylə bilirəm ğərqi üsyanam.
Şərmimdən giryanam, əməlimdən peşmanam.
Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım,
səndən özgə yox gümanım.
Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm ya Rəbb.
Məni əfv eylə ya Allah, elə avarayam ya Rəbb.
Günah etdim dedim, sən tək Xudayi mehribanım var.
Əməlsiz bir müsəlmanam, kimə ya Rəbb gümanım var.
Qiyamətdə bizə rəhm et, əziz Allah, əzim Allah.
Ğəfur Allah, Vədud Allah, Rəuf Allah, Rəhim Allah.
Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım,
səndən özgə yox gümanım.
Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm ya Rəbb.
Məni əfv eylə ya Allah, elə avarayam ya Rəbb.
Ey güldən xoşbutər, bizi məst eylə irfandan.
Ver içsin aşiqlər, neçə peymanə Qurandan.
Quranı göndərdin bizi çəksin xətalardan.
Hifz eylə Quranı, öz əlinlə bəlalardan.
Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım,
səndən özgə yox gümanım.
Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm ya Rəbb.
Məni əfv eylə ya Allah, elə avarayam ya Rəbb.