İnan, köhnə dostum, mənim sözümə
Gözün sataşdımı mənim gözümə?
Od yağmaz üzünə baxışlarımdan
Əsər yox əzəlki yanar gözümdən
Ayrıldıq, üz-üzə gələ bilmədik
Sevinə bilmədik, gülə bilmədik
O uca, o gözəl, saf məhəbbətin
Heyif ki, qədrini bilə bilmədik
Daha yad olmuşuq, yad olmuşuq biz
Ayrı sevdalara, ayrı sevgiyə
Həmdəm kəsilibdir ürəklərimiz
İncimə, gözəl dost, sözümdən mənim
Kimi yandırsa da, səni yandırmaz
Daha çəkinmə gəl, gözümdən mənim
Daha çəkinmə gəl, gözümdən mənim
Daha yad olmuşuq, yad olmuşuq biz
Daha yad olmuşuq, yad olmuşuq biz
Ayrı sevdalara, ayrı sevgiyə
Həmdəm kəsilibdir ürəklərimiz
Daha yad olmuşuq, yad olmuşuq biz
Daha yad olmuşuq, yad olmuşuq biz
Ayrı sevdalara, ayrı sevgiyə
Həmdəm kəsilibdir ürəklərimiz
Written by: Demir Gedebeyli, Elza Ibrahimova