Qala bilmərəm onsuz,
Ağlayıb gülmərəm onsuz.
Canımı da vərərəm,
amma ki, ölmərəm onsuz.
Qala bilmərəm onsuz,
Ağlayıb gülmərəm onsuz.
Canımı da vərərəm,
amma ki, ölmərəm onsuz.
Boş küçələr mənə çox tanışdır,
Boş künclərə sıxılıb danışdım.
Özüm özümlə çox, lap çox danışdım,
Dinmərəm, susmaram onsuz.
Mərhələlərdən, hər cür tələlərdən
Gəl birgə keçək biz, güvən tut əlimdən.
Zəlzələlərdən, tufan, küləklərdən qorxma!
Hamısını səninlə dəf edərəm!
Bulud olub çəkilərəm dağlara,
Uca zirvələrdə səni axtaram.
Düşməz gözümdən daha damlalar,
Mən yağmaram, dolmaram onsuz
Qışı gözlərəm, dözərəm şaxtaya,
Donmaram onsuz, donmaram onsuz.
Çəkilərəm balaca bir daxmaya
Heç kimi buraxmaram onsuz.
Mərhələlərdən, hər cür tələlərdən
Gəl birgə keçək biz, güvən tut əlimdən.
Zəlzələlərdən, tufan, küləklərdən qorxma!
Hamısını səninlə dəf edərəm!