Desəm ki, dünyada sevgi var, inan
Sevgi var, inan
Vüsala çatmaq var, desəm inanma, inanma
Desəm, desəm ki, inanma
Nə tamam xoşbəxt kəs, nə tamam bədbaxt kəs
Yoxdur dünyada, yoxdur dünyada
Nə tamam bədbaxt var, desəm, inanma
Nə tamam xoşbəxt var, nə tamam bədbaxt var
Desəm, inanma
Sevib yaşamaq var dünyada, gözəl
Sevib anlatmaq var dünyada, gözəl
Sevib ağlatmaq var dünyada, gözəl
Sevib aldatmaq var dünyada, gözəl
Kəpənək kimidir sevgi olan şey
Ovcun içindən uçub gedəcək
Ovcunda izlərinin tozu qalacaq
Uçdusa, uçdusa qayıtmaz
Uçdusa qayıtmaz, qayıtmaz
Sevgi olan şey, sevgi olan şey
Qayıtmaz, qayıtmaz
Sevgi uçubsa, qayıtmaz, qayıtmaz
Writer(s): Mirzə Babayev