Gözlərinin həsrətinə qurbanam
Saçlarının hər telinə heyranam
Səndə olan o vüqara vurğunam
Yanağında gözəl gülüş var indi
Canım Şuşa, gözəl Şuşa, ay Şuşa
Bir də səni tək qoymarıq, ay Şuşa
Canım Şuşa, gözəl Şuşa, ay Şuşa
Bir də səni tək qoymarıq, ay Şuşa
Darıxırdı Cıdır düzün, bilirəm
Üşüyürdü Xarı Bülbül, bilirəm
Ürəyində nisgil vardır, bilirəm
Hər daşında bir xatirə var indi
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymaram, ay Şuşam
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymaram, ay Şuşam
Məscidindən azan səsi gələcək
Əsgərlərin burda dua edəcək
Bütün dərdin o andaca bitəcək
Həyatında bir yenilik var indi
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymarıq, ay Şuşam
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymaram, ay Şuşam
Darıxırdı Cıdır düzün, bilirəm
Üşüyürdü Xarı Bülbül, bilirəm
Ürəyində nisgil vardır, bilirəm
Hər daşında bir xatirə var indi
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymaram, ay Şuşam
Canım Şuşam, gözəl Şuşam, ay Şuşam
Bir də səni tək qoymaram, ay Şuşam