Sözlər:
[Bənd 1]
Ay üzü aydan gözəl
Gəldi gecə, sən də gəl
Birlikdə gəzək
Bezdim daha tək
Gör qanım necə qaradır
Gecə qaradır, cücə qaradır
Kimdir ki, görən
Bir sən, biri mən
[Nəqərat]
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə
[Bənd 2]
Sahilə çıxdım yenə
Ətrafa baxdım yenə
Getdim o başa
Gəldim bu başa
Sənsən dəniz, elə bilirəm
Hara baxıram, səni görürəm
Odlandım, gəl
Havalandım, gəl
[Nəqərat]
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə
Mavi, mavi Xəzər
Oğlan qızla gəzər
Başını qatar
Əl-ələ tutar
Gülə-gülə, gülə-gülə