Məni mənə göstərəndə birinci dəfə güzgü Çox qorxmuşdum “Bu mənmiyəm?” – anlamamışdım “Qəribədir. Niyə bu belədir?” – sormuşdum Yormuşdum, bəlkə, buna görə, bezib “Unudulacaq bu!” – demişdilər mənə Amma illər keçir, mənsə güzgüdə hər dəfə Başqa bir mən görməyə öyrəşirdim Unutmaq əvəzinə… hmmm… içimdə hisslər isinirdi Mənliyimi deyilən kimi soyutmaq əvəzinə Və bir gün satış öyrəndim və bir gün alış öyrəndim Dedim özüm-özümə “alış!” Öyrəndim! Mən əvəzinə mən almaq öyrəndim Mən əvəzinə mən satmaq öyrəndim Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda Özümü tək qoyub, qaçmaq öyrəndim Və bir gün sən gəldin, qanad oldun Mən uçmaq öyrəndim Sən mənə çox öyrətdin Mən səndən çox öyrəndim Sətirlərin üzərində diyircəklə Rəqs eləmək nə gözəlmiş?! İşə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş Uçarkən yerə baxdım, gördüm “Göydən yer üstü nə gözəlmiş!?” Deyəcəkdim Gözləmədən və birdən sən getdin… Qanadlarsız qaldım Diyirləndim... diyirləndim… Şüuraltından şüur üstünə gələn qonağımsan Səni dərk etmək, görmək qədər mümkünsüz Məni anlaya bilsən, yalnız sən anlarsan Bəlkə də zamanı da danacaq beynim Bəlkə də bədəni də buraxacaq Bu ruhum səni görə bilmək üçün nələr etməzdi?! Amma nəfsim əksimə işləyən iti xəncər Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla Doğram-doğram… könül istər yenidən doğulam Ana bətnindən çıxan anda sevinc yox Qəm bəxş edə hər kəsə ölü cismim Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir Üsyan bu ruhda hakim. Məni bağışla! Bunu tək sən bacarırsan, çünki Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa Nə dəyərim var ki, sanki?! Bunu mənə öyrədən də sənsən Ala da bilərsən əgər istərsən Mənə əvvəl özünü dərk et buyurmusan Amma məni düşündürən bir neçə sual var Səndən niyə qorxuram? Sənə niyə qayıdacam? Məni niyə yaratmısan? Mən kiməm? Bəs sən kimsən?
Written by: Ceyhun Zeynalov, Pərviz Isaqov
0
PRoMete • Sual mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan PRoMete • Sual mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir.
Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir.
Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk.
İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
In order to confirm the bank transfer, you will need to upload a receipt or take a screenshot of your transfer within 1 day from your payment date. If a bank transfer is made but no receipt is uploaded within this period, your order will be cancelled. We will verify and confirm your receipt within 3 working days from the date you upload it.