Talesiz həyatım küsdürür məni
Gözlərim görməyir gülü, çəməni
Talesiz həyatım küsdürür məni
Gözlərim görməyir gülü, çəməni
Çöküb gözlərimə gecə zülməti
Səhərsiz axşamlar bezdirir məni
Çöküb gözlərimə gecə zülməti
Səhərsiz axşamlar bezdirir məni
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Arzular, ümidlər çıxmaz sabaha
Fəryadım çevrilməz xoş bir avaza
Arzular, ümidlər çıxmaz sabaha
Fəryadım çevrilməz xoş bir avaza
Koram mən, həyatdan işıq almıram
İçimdə bir köz var, amma yanmıram
Koram mən, həyatdan işıq almıram
İçimdə bir köz, var amma yanmıram
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Talesiz həyatım küsdürür məni
Gözlərim görməyir gülü, çəməni
Talesiz həyatım küsdürür məni
Gözlərim görməyir gülü, çəməni
Çöküb gözlərimə gecə zülməti
Səhərsiz axşamlar bezdirir məni
Çöküb gözlərimə gecə zülməti
Səhərsiz axşamlar bezdirir məni
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Bülbül öz səsini versə güllərə
Güllər də açılmaz, gülməz bir kərə
Tutun əllərimdən, aparın məni
Aparın zülmətsiz, o xoş səhərə
Tutun əllərimdən, aparın məni
Aparın, aparın