Təbəssümdən yaranar göy qurşağı
Boyanar nura bütün aləm
Xoşbəxtlik bürüyər dünyanı
Hər kəsə bəxş olunan səadət
Bəzəyir çöhrələri təbəssüm, təbəssüm
Fəth edər ürəkləri təbəssüm, təbəssüm
Yox edər qəmi, kədəri təbəssüm, təbəssüm
Gətirər bizə cənnəti təbəssüm, təbəssüm
Təbəssüm dağıdar buludları
Uğurdur onun hər gəlişi
Dostluqla, sevgi ilə, məhəbbətlə
Doludur onun hər görüşü
Bəzəyir çöhrələri təbəssüm, təbəssüm
Fəth edər ürəkləri təbəssüm, təbəssüm
Yox edər qəmi, kədəri təbəssüm, təbəssüm
Gətirər bizə cənnəti təbəssüm, təbəssüm
Bizə gətirər təbəssümü, dostlar, var olsun onlar
Onlarla deyək, gülək, rəqs edək, birgə şənlənək
Necə də yaraşır insana gülmək, yerində gərək
Qaraqabaq olma insana nə verər? deyin bilək
Hər kəslə mehriban ol, üzügülər ol, səni hər kəs sevər
Başqa heç nə lazım deyil, ancaq təbəssüm yetər
Bəzəyir çöhrələri təbəssüm, təbəssüm
Fəth edər ürəkləri təbəssüm, təbəssüm
Yox edər qəmi, kədəri təbəssüm, təbəssüm
Gətirər bizə cənnəti təbəssüm, təbəssüm