Sözlər:
[Bənd 1]
Köksümə dağ kimi dağlar qoydun
Mənə güldün, ağlar qoydun
Yanmadın heç bəxtimə sən
Gündə bir hala düşən halıma sən
[Keçid]
İstəyirsən mənə gülsün aləm?
Bilərəkdənmi edirsən? Bilməm
Qopa bilmir ürəyim pəncəndən
Yox olur varlığım işgəncəndən
[Nəqərat]
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə məhv et, öldür
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə sən öldür
Gül üzünlə məni, yar, güldür (ha...)
Güldürə-güldürə sən öldür (ha...)
Gül üzünlə məni, yar, güldür (ha...)
Güldürə-güldürə sən öldür
[Bənd 2]
Könlümü tənha, sızlar qoydun
Fəryadımı sən duymaz oldun
Ahım göylərdə pərvaz etdi
Rəhm etmədin, atdın, qovdun
[Keçid]
İstəyirsən mənə gülsün aləm?
Bilərəkdənmi edirsən? Bilməm
Qopa bilmir ürəyim pəncəndən
Yox olur varlığım işgəncəndən
[Nəqərat]
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə məhv et, öldür
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə sən öldür
Gül üzünlə məni, yar, güldür (ha...)
Gül üzünlə məni, yar, güldür (ha...)
Gül üzünlə məni, yar, güldür (ha...)
Gül üzünlə məni, yar, güldür
Güldür, güldür
[Reçitativ]
Məni, yar, güldürə-güldürə sən öldür
Şəfəqi saç gecəmə, ya da onu söndür
Dəniz ol, yar, sənə çay kimi axım mən
Dəli limanlara şövq ilə baxım mən
Güldürə-güldürə sən öldür
Şəfəqi saç gecəmə, ya da onu söndür
Dəniz ol, yar, sənə çay kimi axım mən
Dəli limanlara şövq ilə baxım mən
[Nəqərat]
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə məhv et, öldür
Gül üzünlə məni, yar, güldür
Güldürə-güldürə sən öldür