Gah dərin mənalı
Bir dəniz olur sənin gözlərin
Gah eşqin aynası
Gah mənsiz olur sənin gözlərin
Məni anırsan, görən, məndən gen düşəndə?
Cavab tapmıram nə sözündə, gülüşündə
Səni gözündən oxuyuram görüşəndə
Gözlər, bilirəm, yalan deməz, nə desən də
Gəl, sənsizəm yenə
Həsrətdən quruyan bir dənizəm yenə
Gözüm yol çəkir, qayıt
Səni sevərəm
Qurban demişəm sən gələn günə
Mənsiz keçən günlərdən
Duraq üz-üzə, danış sən mənə
Danış sən mənə
Gah aydın göy üzü
Gah duman olur sənin gözlərin
Bir soyuq baxışınla
Nə yaman olur sənin gözlərin
Məni anırsan, görən, məndən gen düşəndə?
Cavab tapmıram nə sözündə, gülüşündə
Səni gözündən oxuyuram görüşəndə
Gözlər, bilirəm, yalan deməz, nə desən də
Gəl, sənsizəm yenə
Həsrətdən quruyan bir dənizəm yenə
Gözüm yol çəkir, qayıt
Səni sevərəm
Qurban demişəm sən gələn günə
Mənsiz keçən günlərdən
Duraq üz-üzə, danış sən mənə
Danış sən mənə
(Danış sən mənə)
(Danış sən mənə)
Gəl, sənsizəm yenə
Həsrətdən quruyan bir dənizəm yenə
Gözüm yol çəkir, qayıt
Səni sevərəm
Qurban demişəm sən gələn günə
Mənsiz keçən günlərdən
Duraq üz-üzə, danış sən mənə
Danış sən mənə
Written by: Muxtar Abseynov