Oxu, gözünə dönüm, bu dünya nəğmələnsin
Oxu, gözünə dönüm
Səsindəki dalğadan aləm nura, aləm nura bələnsin
Çiçəklənsin yamaclar, düymələnsin ağaclar
Çiçəklənsin yamaclar, düymələnsin ağaclar
Bilmirəm bu dünyanı əyrisinə, düzünə
Oxu, oxu nəğmənlə, məni qaytar özümə
Bilmirəm bu dünyanı əyrisinə, düzünə
Oxu, oxu nəğmənlə, məni qaytar özümə
Aləm nura bürünsün, dünya cənnətə dönsün
Aləm nura bürünsün, dünya cənnətə dönsün
Oxu, gözünə dönüm, dağılsın qoy buludlar
Oxu, gözünə dönüm, boylansın bu nəğməyə
Bu nəğməyə qar altından göy otlar
Axar sular durulsun, səsinə heyran olsun

Oxu