İlk baxışından ilişib qalmışam
Demə "nə işin var?", mən işimi tapmışam
Gedişinə sönmüşəm, gəlişinə yanmışam, ay ay ay
Gözlərinə dalıb hər işimi atmışam
Saçlarına darağım, ey
Tək sənədir marağım, ey
Gəzdim, gəzdim, aradım
Tapdım könlümə ünvan haradır, mm
Sən demə yaşamırmışam
Həyatımı başa vurmuşam
Belə düşünərdim ölənə qədər
Ta ki, o üzünü görənə qədər
Səni görəndən gözüm görmür səndən başqasını
(Səndən başqasını)
Mənim ömrüm sənlə bitəcəksə, səndən başlasın
(Səndən başqasını)
Sən olmasan, denən, axı necə görüm dərdlər daşmasın?
(Dərdlər)
"Sən" adlı dərdimə dərman olammaz səndən başqası
(Səndən başqası)
Oxşar, eynisi ola bilməz
Qeyrisi ola bilməz
Səni məndən heç kim ala bilməz
Bu ürək sənsiz qala bilməz
Qış, yaz, payız, yay
Düşmürsən dilimdən
(Ay, ay, ay, ay, ay, ay)
Bir söz de, bilim mən
Şəkillər, tətillər sənlə bəzənir
Dəli könlüm əsərin
Mənim ömrüm də sənin