• 29
  • 0
  • 0
  • 0
  • 0
Mirələm Mirələmov опубликованный 3 лет тому назад в Другой

Mirələm Mirələmov Suma Tapdıqova - Qarabağ bizimdir

"Qarabağ bizimdir"

Düşmənlərdən öcümüzü,
Alıb dedik, sözümüzü
Dünya gördü gücümüzü,
Qarabağ bizimdir... Bizim...

İgidlərim tökdü qanı,
Gəlib çatdı zəfər anı,
Vətənimin şöhrət şanı,
Qarabağ bizimdir... Bizim.

Poladların sınan deyil,
Öz yolundan dönən deyil,
Odlar yurdum sönən deyil,
Qarabağ bizimdir... Bizim.

Öz odumuz, ocağımız,
Sevgi adlı bucağımız,
İsti ana qucağımız,
Qarabağ bizimdir bizim...

İgidlərim tökdü qanı,
Gəlib çatdı zəfər anı,
Vətənimin şöhrət şanı,
Qarabağ bizimdir... Bizim.

Poladların sınan deyil,
Öz yolundan dönən deyil,
Odlar yurdum sönən deyil,
Qarabağ bizimdir... Bizim.

Düşmənlərin yalı yaman,
Öz sözünü deyir zaman,
Yağılara yoxdur aman,
Qarabağ bizimdir... Bizim...

#MirelemMirelemov #SumaqTapdıqova #QarabağBizimdir

Скачать
Больше

:: / ::