Sözləri:
Yadıma düşürsən hər gecələr,
Heç bilirsən heç necəyəm.
Başımın tacı etmişdim səni,
Nə halə saldın bax gör məni.
İstəyirəm gələsən görəm səni,
Alınmır, özgəsi əvəz etmir səni.
Bir ümidim var gələsən yanıma,
Gəl gör bu adam necə sevir səni.
Olmur sənsiz,
Nə olar qayıt geri.
Sevirəm səni,
Özgəsi verməz yerin.
Sənli günlərim,
İstərəm təkrarlana.
Olmasın sənsiz,
Sənsiz bacarmıram.
Düşünmə ki, sənsiz xoşbəxtəm,
İnan ki, mən sənsiz bədbəxtəm.
Canımın tək dərmanı varsa əgər,
Oda səndə, şəfamı versən əgər.
Hər gecələr mey mənə sirdaş olur,
Daha tutmadığın əllərim də soyuq.
Bilmirəm sənsiz niyə zaman durur,
Qayıt gəl canım gör mənə nələr olur.
Olmur sənsiz,
Nə olar qayıt geri.
Sevirəm səni,
Özgəsi verməz yerin.
Sənli günlərim,
İstərəm təkrarlana.
Olmasın sənsiz,
Sənsiz bacarmıram.