Mən onu salıram yada hərdənbir O da hərdənbir Görsəm, görərəm röyada hərdənbir O da hərdənbir
[Bənd 1] Yoxdur insafım, daşır hey sən deyə Qıydın o üzdən də bu saf sevgiyə Anlamadım, üz çevirib qəflətən Heç nə yox imiş kimi getdin niyə?
Getməyini etmədin izah belə İndi halım gah elədir, gah belə Çətinlik çəkirəm qərar verməyə Heç kimi çaşdırmasın Allah belə
[Nəqərat önü] Nə istədim, məndən üzün dönsün Nə qoydum ki, xatirələr dinsin Nə eşqin ocağında alışdırdım Nə razı oldum ki, tamam sönsün
[Nəqərat] Bir odun atdım oda hərdənbir O da hərdənbir Bir odun atdım oda hərdənbir O da hərdənbir
Mən səni salıram yada hərdənbir O da hərdənbir Görsəm, görərəm röyada hərdənbir O da hərdənbir
[Bənd 2] Qəlbimi sıxdıqca bu həsrət mənim Ağlımı almışdı məhəbbət mənim Zaman keçdi, anladım ki, sən demə Hədər imiş çəkdiyim əziyyət mənim
Düşündükcə unudar o birdən məni Bir sual hey boğdu içəridən məni Görəsən, o, tez-tezmi salır yadına Yoxsa ki xatırlayır hərdən məni?
[Nəqərat önü] Onunla son dəfə görüşdüm ki Ona deyim ki: “Mən nə demişdim ki?” “Tamam unutmuşam”, - desə də ancaq Baxışlarından başa düşdüm ki
[Nəqərat] Xatırlayırmış o da hərdənbir O da hərdənbir Xatırlayırmış o da hərdənbir O da hərdənbir
Mən səni salıram yada hərdənbir O da hərdənbir Görsəm, görərəm röyada hərdənbir O da hərdənbir
Mən səni salıram yada hərdənbir O da hərdənbir Görsəm, görərəm röyada hərdənbir O da hərdənbir
Mən səni salıram yada hərdənbir O da hərdənbir Görsəm, görərəm röyada hərdənbir O da hərdənbir
0
Amina Şirinqızı - Hərdənbir mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan Amina Şirinqızı - Hərdənbir mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir.
Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir.
Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk.
İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
In order to confirm the bank transfer, you will need to upload a receipt or take a screenshot of your transfer within 1 day from your payment date. If a bank transfer is made but no receipt is uploaded within this period, your order will be cancelled. We will verify and confirm your receipt within 3 working days from the date you upload it.