Bir vaxt uşaq idik
Dost idin mənə
Başıaçıq, ayaqyalın
Gəzərdik bağları
Səni gördüm, dostum
Yad etdim yenə
Bir şirin yuxu kimi
Ötən o çağları
Ah, niyə, nə üçün
Mən beləyəm bəs bu gün?
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost
Nə gözəlsən, nə qəşəngsən
Bu axşam sən, əziz dost
Ah, bu gözəlliyi bəs mən o zaman
Nə üçün hiss etmədim?
Söylə bu günkitək?
Bu gün nə olsa da, əzizim, inan
Öz sözün deyər sənə daha sevən ürək
Ah, niyə, nə üçün
Mən beləyəm bəs bu gün?
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost
Nə gözəlsən, nə qəşəngsən
Bu axşam sən, əziz dost
Ah, niyə, nə üçün
Mən beləyəm bəs bu gün?
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən?
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost
Nə gözəlsən, nə qəşəngsən
Bu axşam sən, əziz dost
Əziz dost, əziz dost