1, 2, 3... 1, 2, 3. Mənə ver güc!
Sənin ülgücdən də iti
Həqiqəti doğram-doğram edən baxışların
Pərdələr açılır, bu buludlardır pərdələr
Dərbədər bu dünya
Mənə nə qədər yaşadıb ayrılığını?!
İndi sənli günləri mənə ərmağan edib sanki tanrı
Boş yatağımın içində
Amma nə qədər sola və nə qədər sağa mən
Dönəcəyimi bilmirəm ki
Sənli günlərimdə sənsiz saatlarla
"Tanqo"dur bu mahnının adı
Hər səhər oyanan kimi düşündüyüm tək kəssən
Üzümə təbəssüm qonaq gəlir
Gizlədirəm hər kəsdən
Mən qəsdən, hərdən səni qorxuduram yazılarımla
Bəlkə də, buna görə biraz gözlədəcəklər
Qapılarında cənnətin məni
Cənnətim mənim sənli anlarımdır
Kim? De! Kim məni olduğum kimi anlar indi?!
Pansufi eşq dəlisi olaraq qələmə verin məni!
Amma dəyişə bilməyəcəm heç nəyə onun ətrini
Qızardı Günəş hirsindən
Dan və qürub, adının sənə
Qoyulduğunu görüb, durub
Damın üstündən baxıb, gülüb
Zövq alıram gedişatından həyatın
Həyatın bir anını belə buraxmadan
Tut əlimi bərk-bərk sən
Qonaq gedək uzaqlara, uzaqlara, uzaqlara
Həyatın bir anını belə buraxmadan
Tut əlimi bərk-bərk sən
Qonaq gedək uzaqlara, uzaqlara
Qələm aciz, əlim hakim, yazır-tökür sətirləri
Beyin aciz, uca varlıq verir-verir fikirləri
Gücüm aciz, sözüm sənin
Yazdıqca hey yazır əlim
Bu nə işdir, zərif iylim?
Cazibən hey çəkir məni
Çəkil bulud
Çəkil mənim gözümə düşən o Günəşi görüm
Yoxsa, gəzilmir, bu şəhərin hər bacası
Küçəsi zülm
İsti avqust yenə gəlsin, verim ona zanbaq gülün
Son dəfə də bu notları eşidib, razıyam, sonra ölüm
Biz nağıllarla böyümüşük
Həyatımızda hər şeyi nağıl kimi etməyə çalışmışıq
Hər addımımızda Cənnət
Hər qorxumuzda Cəhənnəm
Görəcəyimizdən əmin olmuşuq
Və sevgi
Sevgi həyatımızdan ayrılmaz bir hiss olub
Biz ona inanmışıq
Onun bütün suallarımıza
Cavab olacağı ümidi ilə yaşamışıq
İnanaraq yaşamışıq
Written by: Parviz Promete Isagov, Pərviz Isaqov