Mənim pak eşqimi kimə dəyişdin?
İnləyən bir tarı simə dəyişdin
Zamanmı dəyişdi, sənmi dəyişdin?
Zamanmı dəyişdi, sənmi dəyişdin?
Mən o sevgilinəm, sən o deyilsən
Mən o sevgilinəm, sən o deyilsən
Günahım da yoxdur, deyəm: "Bağışla"
Səbəbsiz başımı əyəm, bağışla
Mənə elə baxma, dalğın baxışla
Mən o sevgilinəm, sən o deyilsən
Mənə elə baxma, dalğın baxışla
Mən o sevgilinəm, sən o deyilsən
Neçə yara vurdun kövrək qəlbimə
Mən nə deyim sənin kimi həmdəmə?
"Həqiqət acıdır", - desəm, incimə
"Həqiqət acıdır", - desəm, incimə
Mən o sevgilinəm, sən o deyilsən
Mən o sevgilinəm, sən o deyilsən
Günahım da yoxdur, deyəm: "Bağışla"
Səbəbsiz başımı əyəm, bağışla
Mənə elə baxma, dalğın baxışla
Mən o sevgilinəm, sən o deyilsən
Mənə elə baxma, dalğın baxışla
Mən o sevgilinəm, sən o deyilsən
Mən o sevgilinəm, sən o deyilsən