Bir sözündən küsərəm,
Tez hirslənib, əsərəm.
Əlaqəmi kəsərəm,
Beləyəm mən, beləyəm.
Sevirsənsə sev məni,
Sevməyirsən, salamat qal.
Qısqanclığım üzür səni?
İstəmirsən, salamat qal.
Ya sev, ya çoşdur məni,
Mənə demə,boşdur həyat.
Get ya da, tutmayım səni
Mənə belə xoşdur həyat.
Hər işini bilməliyəm,
Yanına gəlməliyəm,
Gülmə, çox gülməliyəm?
Dəliyəm mən, dəliyəm
Sevirsənsə sev məni,
Sevməyirsən, salamat qal.
Qısqanclığım üzür səni?
İstəmirsən, salamat qal.
Ya sev, ya çoşdur məni,
Mənə demə,boşdur həyat.
Get ya da, tutmayım səni
Mənə belə xoşdur həyat.