Qüruruma məğlub olub, dönmədim
Gözlərimin yaşını sildim, görmədin
Sənsiz necə darıxmışam bilmədin
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Cavanlığım oldu hədər, dinmədim
Sevgi nədir, hicran nədir bilmədim
Aylar keçdi, illər ötdü gəlmədin
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Gözümdən yaş axıb getdi, gəlmədin
Qəm dəryası , boğdu məni dönmədin
Xəyalınla yaşamaqdan bezmədin
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Qohumlarım, dostlarım soruşdular
Suallarla həddən artıq yordular
Mən həkimə,məcnun adın qoydular
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Qəlb evimi yıxıb getdin, gəlmədin
Zaman keçdi, ömür bitdi dönmədin
Səndən başqa sevgi nədir bilmədim
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Yolunu hey gözlədim, yoxluğuna dözmədim
Gözlərinin rəngini yada salıb ağladım
Bu ötüb keçən hər kəsdən mən səni soraqladım
Sən yanımda olduğun o anları xatırladım
Dözmədim sənsizliyə, həsrətinə dözmədim
Nakam qaldı bu sevgim, həsrətinə dözmədim